Aİ ölkələrinin yeraltı anbarlarında qazın həcmi 38 mlrd. kubmetrə enib
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi üç ildən artıq müddətdə ilk dəfə olaraq 35%-dən aşağı enib.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 34,53% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 11,31 faiz bəndi azdır.
Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 72 mlrd. kubmetrdən artıq qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.
Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 38,3 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Avropada yeraltı qaz anbarlarının ehtiyatları 40 mlrd. kubmetrdən aşağı enib
Aİ-də qaz anbarlarının dolumluluq səviyyəsi 55%-dən aşağı enib
Avropa ölkələrinın istilik mövsümündə anbarlardan çıxardığı qazın həcmi açıqlanıb
Aİ-də qaz anbarlarının ehtiyatları 104 mlrd. kubmetrə yaxınlaşır
Aİ-də qaz anbarlarının ehtiyatları 100 mlrd. kubmetrə yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













