Avropada yeraltı qaz anbarlarının ehtiyatları 40 mlrd. kubmetrdən aşağı enib
sizinxeber.az xəbər saytı

Avropada yeraltı qaz anbarlarının ehtiyatları 40 mlrd. kubmetrdən aşağı enib


Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi üç ildən artıq müddətdə ilk dəfə olaraq 40%-dən aşağı enib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 39,93% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 11,24 faiz bəndi azdır.

Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 65 mlrd. kubmetrdən artıq qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.

Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 44,3 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Oxşar xəbərlər

Aİ-də qaz anbarlarının dolumluluq səviyyəsi 55%-dən aşağı enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa ölkələrinın istilik mövsümündə anbarlardan çıxardığı qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 104 mlrd. kubmetrə yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 106 mlrd. kubmetrə yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 103 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər