Enerji komissarı: Avropanın Rusiya qazından asılılığını 13 faizə endirmişik, bunu tamamilə aradan qaldırmaq istəyirik
“Azərbaycanla tərəfdaşlığı davam etdirmək və mümkün olarsa, daha da genişləndirmək istəyirik”.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.
“Hazırda Avropanın Rusiya qazından asılılığını tamamilə aradan qaldırmaq istəyirik. Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız hücumdan sonra Rusiya qazının idxalını dayandırmağa çalışırıq. Bundan əvvəl qazın 45 faizini Rusiyadan alırdıq, hazırda bu rəqəmi 13 faizə endirmişik.
Biz bu göstəricini tamamilə sıfıra endirmək niyyətindəyik. Bu isə yalnız yaxşı dostlarımızın köməyi ilə mümkün olub və olacaq - Azərbaycan kimi dostlarımızın... Avropa İttifaqını təmsil edərək, qaz sahəsində sıx əməkdaşlıq imkanına görə minnətdarlığımı ifadə etmək istəyirəm. İnanırıq ki, bu əməkdaşlıq qarşılıqlı fayda gətirir” - Dan Yorgensen əlavə edib.
Oxşar xəbərlər
Aİ komissarı: Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ komissarı: "Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumıniyalı nazir: Ümid edirik ki, Aİ-nin qrantları "Yaşıl Dəhliz"in maliyyələşdirilməsini təmin edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












