Aİ komissarı: Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır
Bizim Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində və Rusiya qazından asılılığımızın azaldılmasında mühüm rol oynayır.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
O, Azərbaycandan kəmərlə gələn qazın növbəti illərdə Avropa İttifaqının xalis sıfıra keçid prosesində mühüm rol oynayacağına ümidvar olduğunu qeyd edərək deyib: “Bu səbəbdən ticarət sahəsində əməkdaşlığımızın həcmini artırmaq istəyirik. Eyni zamanda, həmin dəhlizin əməliyyatlarına nəzarət, qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik enerji şəbəkəsinin inkişafı bizim əsas məqsədlərimiz arasındadır. Lakin fəaliyyətimiz yalnız böhranın idarə edilməsi ilə məhdudlaşmır – biz gələcək üçün strateji yollar müəyyən etməliyik. Bu baxımdan, Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bu sahədə müxtəlif ideyalar, texnologiyalar və marşrutlar mövcuddur. İndi əsas vəzifəmiz bu perspektivli ideyaları bir araya gətirərək yaşıl enerji dəhlizinin səmərəli fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə böyük potensial və əməkdaşlıq ruhu mövcuddur və hər iki tərəf bu təşəbbüsdə maraqlıdır”.
Oxşar xəbərlər
Aİ komissarı: "Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











