Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək
sizinxeber.az xəbər saytı

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək


Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı təsdiqləmək üçün sabah Bakıda olacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Avropa Komissiyasının saytında belə qeyd olunub.

Bildirilib ki, Yorqensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci toplantısında və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərinin 3-cü iclasında iştirak edəcək.

Qeyd olunub ki, Avropa komissarı tərəfdaş hökumətlərin, təşkilatların və şirkətlərin nümayəndələri ilə yanaşı Cənub Qaz Dəhlizinin açılış sessiyasında çıxış edəcək:

"İclas Cənub Qaz Dəhlizinin potensialının genişləndirilməsini müzakirə etmək üçün əsas fürsət olacaq. Rusiya tədarükünü tamamilə dayandırmağa çalışdığmız bir dövrdə bu boru kəməri Aİ və onun qonşu ölkələri üçün qaz təchizatının şaxələndirilməsinin mühüm marşrutunu təmsil edir".

Məlumatda bildirilib ki, Yorgensenin Azərbaycana səfərində bərpa olunan enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq da mühüm yer tutacaq.

Komissar, həmçinin yaşıl enerji dəhlizinə dair sazişi müzakirə etmək bir araya gələcək Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan nazirlərinin görüşündə iştirak iedəcək.

Yorqensen energetika naziri Pərviz Şahbazovla birlikdə Xəzər dənizində dəniz külək enerjisinin inkişafına dair Aİ-Azərbaycan biznes dəyirmi masasına həmsədrlik edəcək.

Məlumatda qeyd edilib ki, Bakıya səfərindən öncə komissar Ankaraya səfər edərək Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşəcək.

Oxşar xəbərlər

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ rəsmisi Azərbaycanla strateji enerji tərəfdaşlığını təsdiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər