Maye karbohidrogenlərin qlobal tələbatının artım tempi gələn il cüzi sürətlənəcək - PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,13 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,01 mln. barel azdır.
EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 105,3 barel səviyyəsində olacağı ehtimal olunur (öncəki proqnoz göstərici – 105,18 mln. barel)
Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,86 mln. barel təşkil edib, bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,72 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
Oxşar xəbərlər
Maye karbohidrogenlərin qlobal tələbatının artım tempi cüzi sürətlənəcək
EIA gələn il üçün maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu açıqlayıb
EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb
EIA bu il üçün qlobal neft tələbatı üzrə proqnozunu cüzi artırıb
Qlobal neft hasilatının artım tempi daha da sürətlənəcək - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
