EIA bu il üçün qlobal neft tələbatı üzrə proqnozunu cüzi artırıb
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb.
"Sizinxeber.az-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,13 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,07 mln. barel çoxdur.
Bununla yanaşı, EIA gələn il qlobal gündəlik neft tələbatının 104,35 barel səviyyəsində olacağını ehtimal edir (proqnoz dəyişməyib).
Qeyd olunur ki, 2023-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,14 mln. barel təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
Oxşar xəbərlər
EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb
EIA 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu korreksiya edib
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib
Qlobal neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ
Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













