Maye karbohidrogenlərin qlobal tələbatının artım tempi cüzi sürətlənəcək
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu cüzi artırıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbatı ortalama 104,14 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,04 mln. barel çoxdur.
EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 105,18 barel səviyyəsində olacağı ehtimal olunur (öncəki proqnoz göstərici – 105,15 mln. barel)
Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,77 mln. barel təşkil edib, bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,63 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
Oxşar xəbərlər
EIA gələn il üçün maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu açıqlayıb
EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb
EIA bu il üçün qlobal neft tələbatı üzrə proqnozunu cüzi artırıb
Qlobal neft hasilatının artım tempi daha da sürətlənəcək - PROQNOZ
EIA 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu korreksiya edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













