Qlobal qızıl tələbi rekord həddə yüksəlir
sizinxeber.az xəbər saytı

Qlobal qızıl tələbi rekord həddə yüksəlir


Qlobal qızıl tələbi rekord həddə yüksəlir.

Ötən il qızıla olan qlobal tələbat 2024-cü ildə rekord 4974,5 tona çatıb, bu da illik müqayisədə 1% artım deməkdir.

Bu barədə “Sizinxeber.az-Economics” Dünya Qızıl Şurasının (WGC) hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2023-cü ildə qeyd olunan göstərici 4 945,9 ton təşkil edib.

Hesabata görə, ötən ilin dördüncü rübündə qızıla olan qlobal tələbat 1297,4 ton səviyyəsində olub, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1% çoxdur.

Bildirilir ki, ötən ilin dördüncü rübündə dəyər ifadəsində qızıla olan tələbat 111 mlrd. dollar təşkil edib. Ötən ilin sonunda qızıla tələbat tarixin ən yüksək illik səviyyəsinə yüksələrək 382 mlrd. dollar təşkil edib.

Qeyd olunur ki, 2024-cü ildə qızılın bir troya unsiyası 23% artaraq 2386 dollar təşkil edib.

Oxşar xəbərlər

Qızıla olan qlobal tələbat bu ilin ikinci rübündə 6% azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA gələn il üçün maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA bu il üçün qlobal neft tələbatı üzrə proqnozunu cüzi artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər