Nazir: 2030-cu ilə qədər 7 qiqavat gücündə yaşıl enerji layihələri reallaşdırılacaq
sizinxeber.az xəbər saytı

Nazir: 2030-cu ilə qədər 7 qiqavat gücündə yaşıl enerji layihələri reallaşdırılacaq


Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, 2030-cu ilə qədər 7 qiqavat yaşıl enerji reallaşdırmaq planlarımız var: “Bunun da 70%-i ixrac olunacaq: “Bu yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycanın regionda COP29-a ilk ev sahibliyi edən ölkə kimi, Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyata keçirilməsi də daxil olmaqla, COP29-da balanslaşdırılmış nəticə əldə etmək üçün iddialı gündəm var. COP-29 Prezidentliyi, maliyyə axınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eyni zamanda maneələrin sürətlə aradan qalxmasına yol açacaq.
Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də genişmiqyaslı işlər həyata keçirir”.

Oxşar xəbərlər

Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Mərkəzi Asiyadan Avropaya yaşıl enerji ixracı ilə bağlı birgə müəssisə yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: COP29 dünyada “xalis sıfır”a nail olmaq üçün enerji təşəbbüslərini formalaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər