SOCAR-ın Türkiyədəki NEZ-nin istehsalat gücü artırılacaq
Planlı təmir işləri nəticəsində Türkiyənin qərbində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodunun (NEZ) istehsalat gücü 2,5% artırılacaq.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə “Petkim” neft-kimya kompleksinin (12%-lik payla NEZ-in dolayı səhmdarı) Türkiyənin Kamu Aydınlatma Platformasında yerləşdirdiyi elanda bildirilir.
Məlumata görə, neft emalı zavodunda bu gündən etibarən dövri planlı təmir işlərinə başlanılıb. Bu baxımdan NEZ-in bütün istehsalat sahələrinin işi dayandırılıb. Təmir işlərinin təxminən 2 aya yaxın davam edəcəyi gözlənilir.
Qeyd olunur ki, NEZ-də aparılacaq təmir işləri zamanı SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” kompleksi xammal tədarükünü “STAR”ın mövcud ehtiyatları və digər təchizatçıların hesabına təmin edəcək. NEZ-də aparılan təmir işləri “Petkim”in istehsalat fəaliyyətinə təsir etməyəcək.
“STAR” NEZ-in açılışı 2018-ci ilin 19 oktyabr tarixində baş tutub. Zavodun illik emal gücü 13 mln. tondur.
Oxşar xəbərlər
Bu gündən STAR NEZ-in fəaliyyəti təmir-profilaktika işlərinə dayandırılıb
STAR NEZ-in fəaliyyəti təmir-profilaktika işləri ilə bağlı dayandırılacaq
SOCAR bu ilin ikinci rübü üzrə istehsalat göstəricilərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
