Sizinxeber.az » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8% artıb - CƏDVƏL

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8% artıb - CƏDVƏL

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 226,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3%, kimya sənayesi məhsullarının istehsalı isə 8,2% artıb.

Məlumata görə, kimya sənayesi məhsullarından karbamid istehsalı 94%, metanol istehsalı 13,2%, azot istehsalı 0,9%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,0 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 60,4%, polietilendən kisə və çantalar istehsalı 41,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 21,3% artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri

2024-cü ilin yanvar-iyul aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

25225,2

87,5

66,6

ondan:

azot, min kub metr

13947,8

100,9

63

Lak-boya məmulatları, ton

20556,5

101,7

556

Qeyri-üzvi kimyəvi maddələr, min ton

19310,0

115,9

6 630

ondan:

yod, ton

114,4

95,7

13,9

Üzvi kimyəvi maddələr, min ton

545,9

97,4

29,0

ondan:

etilen, min ton

87,3

84,6

0,3

propen (propilen), min ton

83,3

89,5

0,9

metanol (metil spirti), min ton

296,6

113,2

19,2

Etil spirti, min dkl

39,9

123,9

17,2

Gübrə və azot birləşmələri, min ton

364,0

193,9

45,8

ondan:

karbamid, min ton

363,9

194,0

45,7

İlkin formada plastik kütlə, min ton

168,0

86,0

29,6

ondan:

polietilen, min ton

83,3

81,7

18,8

Yapışqan və yapışdırıcı maddələr, min ton

60,1

95,4

3,6

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !