Главная > Sənaye və energetika > Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8% artıb - CƏDVƏL
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8% artıb - CƏDVƏL14-08-2024, 15:00. Разместил: Rss Bot Apa |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 226,6 mln. manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3%, kimya sənayesi məhsullarının istehsalı isə 8,2% artıb. Məlumata görə, kimya sənayesi məhsullarından karbamid istehsalı 94%, metanol istehsalı 13,2%, azot istehsalı 0,9%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,0 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 60,4%, polietilendən kisə və çantalar istehsalı 41,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 21,3% artıb. Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Вернуться назад |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||