Cəbrayılda daha 229 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi istifadə ediləcək
Baş nazir Əli Əsədov Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında yeni qərar imzalayıb.
"Sizinxeber.az" xəbər verir ki, qərara əsasən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Bununla da, rayonda günəş elektrik stansiyasının tikintisi üçün ayrılan torpaq sahəsi 1 169 hektara çatıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
Oxşar xəbərlər
Paytaxtda dövlətə aid torpaqlar bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən ediləcək
Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşib
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq
Azərbaycanda inşa ediləcək günəş və külək stansiyalarının istifadəyə veriləcək tarix açıqlanıb
Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













