Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
sizinxeber.az xəbər saytı

Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb


Ötən il Bakı-Supsa kəməri ilə neft nəqlinin həcmi 90 min ton təşkil edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.

Nazirliyin məlumatına görə, 2023-cü ildə "qərb" boru kəməri ilə neft ixracının həcmi 150 min ton təşkil edib. Beləliklə, 2024-cü ildə əvvəlki illə müqayisədə Bakı-Supsa boru kəməri ilə Azərbaycan neftinin ixracı 40 % azalıb.

Bildirildiyi kimi, Bakı-Supsa boru kəməri ilə neft nəqli 2022-ci ilin mart ayında dayandırılmışdı. Daha sonra aprelin 1-dən 17-dək boru kəmərində təmir-sazlama işləri aparılmış və neft nəqli bərpa edilmişdi - Supsa terminalından bir neçə yükləmə həyata keçirilmişdi. Daha sonra Supsa terminalından “Azeri Light” neftinin yüklənməsi üçün sifarişlərin olmaması səbəbindən "qərb" marşrutu ilə neft ixracı yenidən dayandırılmışdı.

Eyni zamanda, “BP-Azerbaijan” şirkəti bildirmişdi ki, Bakı-Supsa neft kəməri hazırda istifadə olunmur, “Azeri Light” markalı Azərbaycan neftinin ixracı Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə həyata keçirilir. Şirkət qeyd etmişdi ki, lakin Bakı-Supsa neft kəməri "dondurulmayıb və istənilən anda neft nəqlinə başlamaq üçün tam hazır vəziyyətdədir".

Qeyd edək ki, Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Boru kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. İldə 7,5 milyon ton neft ötürmə qabiliyyətinə malik boru kəməri "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində inşa edilib.

Oxşar xəbərlər

Səfir: "Qazaxıstan neftinin Bakı-Supsa ilə ötürülməsi tranzit şərtlərindən asılıdır"
Nazir: Bakı-Supsa neft kəməri ilə Qazaxıstan neftinin nəqlinə bu il başlanacaq
Nazirlik: Bakı-Supsa neft kəməri ilə nəqletmə məsələsi müzakirə olunur
Bakı-Supsa ixrac neft boru kəmərinin mühafizəsi ilə bağlı təlim keçirilib
Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlinin həcmini artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle