Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür edib
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.
Bu barədə "APA-Economics"in Türkyəyə ezam olunmuş müxbiri xəbər verir.
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Oxşar xəbərlər
Türkiyə-Suriya qaz kəmərinin açılış mərasiminə hazırlıqlar görülür - VİDEO - FOTO
Alparslan Bayraktar: İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq
Mikayıl Cabbarov: SOCAR-ın Yaxın Şərqdə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır
Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - Azərbaycan qazının Suriyaya ixracına başlanılır - FOTO - VİDEO
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb - FOTO - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













