Türkiyə-Suriya qaz kəmərinin açılış mərasiminə hazırlıqlar görülür - VİDEO - FOTO
sizinxeber.az xəbər saytı

Türkiyə-Suriya qaz kəmərinin açılış mərasiminə hazırlıqlar görülür - VİDEO - FOTO


Azərbaycan qazının ölkəmiz üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji bağlılığımızı daha da gücləndirəcək.

"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyənin Ak Partisinin Elbeyli rayon üzrə təşkilatının rəhbəri Nəcməttin Dönməz deyib.

"Belə bir mötəbər tədbirdə iştirakdan qürur duyuram. Azərbaycan qazının ölkəmiz üzərindən Suriyaya ixracı çox mühüm bir addımdır. Bu qardaş ölkə ilə enerji bağlantımızı daha da gücləndirəcək", - Nəcməttin Dönməz vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçiriləcək. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılacaq.

Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.

Oxşar xəbərlər

Mikayıl Cabbarov: Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - Azərbaycan qazının Suriyaya ixracına başlanılır - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəcməddin Dönməz: "Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qazı avqustun 1-dən Suriyaya nəql olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər