Mikayıl Cabbarov: SOCAR-ın Yaxın Şərqdə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır
“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Suriyaya ixrac edilən qaz SOCAR tərəfindən təmin olunur
O bildirib ki, Suriyaya ixrac edilən qaz SOCAR tərəfindən təhciz edilən və satılan qazdır, yəni konsorsiumların satdığı qaz deyil.
Azərbaycan qazı Yaxın Şərqə rəqabətli şərtlərlə çıxır
Nazir ümumilikdə əlavə edib ki, Azərbaycan qazının Yaxın Şərq regionuna rəqabətli şərtlərlə çatdırılması bu layihə ilə təsbit edilib:
"Azərbaycan bu layihə ilə təkcə qərb istiqamətində deyil, o cümlədən Şərq və Cənub istiqamətində də rəqabətli şəkildə enerjini təhciz edə bilməsini ortaya qoyub. Orta və uzunmüddətli planlarda biz ümidvarıq ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək".
Boru kəmərinin açılış mərasimi keçirilib
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
İllik 1,2 milyard kubmetrlik nəql planlaşdırılır
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Oxşar xəbərlər
Alparslan Bayraktar: İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mikayıl Cabbarov: Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mikayıl Cabbarov: Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mikayıl Cabbarov: "Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Azərbaycan təbii qazının Suriyaya çatdırılması Cənubi Qafqazla Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












