Avropa ölkələri yeraltı anbarlara qaz tədarükünü artırır
sizinxeber.az xəbər saytı

Avropa ölkələri yeraltı anbarlara qaz tədarükünü artırır


Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi təqribən 63% təşkil edir, bu da son beş ilin orta göstəricisindən 9 faiz bəndinə yaxın azdır.

Bu barədə “Sizinxeber.az-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Bildirilib ki, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 69 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrünə ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Oxşar xəbərlər

Avropa ölkələri yeraltı anbarlara qaz tədarükünü artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa anbarlarında qazın həcmi 46 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 49 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropanın anbarlarında qazın həcmi 38 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 95 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər