Avropa anbarlarında qazın həcmi 46 mlrd. kubmetri ötüb
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 42,5% təşkil edir, bu da illik müqayisədə 22 faiz bəndi azdır.
Bu barədə “Sizinxeber.az-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 46,5 mlrd. kubmetr təşkil edir, bu da illik müqayisədə 34% azdır.
Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrü üçün ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir. Beləliklə, qarşıdan gələn yeraltı anbar doldurma mövsümündə Avropanın xalis qaz vurulması ən azı 61 mlrd. kubmetr təşkil etməlidir. Bu, bir il əvvəlki qazın xalis vurulmasındam demək olar ki, 50% yüksəkdir və tarixdəki ən yüksək göstəricilərdən biridir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Avropanın anbarlarında qazın həcmi 38 mlrd. kubmetri ötüb
Aİ ölkələrinin yeraltı anbarlarında qazın həcmi 38 mlrd. kubmetrə enib
Aİ-də qaz anbarlarının ehtiyatları 95 mlrd. kubmetri ötüb
Aİ-də qaz anbarlarının ehtiyatları 92 mlrd. kubmetri ötüb
Aİ ölkələrinin yeraltı anbarlarında qazın həcmi 34%-dən aşağı enib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













