Aİ-də qaz anbarlarının ehtiyatları 49 mlrd. kubmetri ötüb
sizinxeber.az xəbər saytı

Aİ-də qaz anbarlarının ehtiyatları 49 mlrd. kubmetri ötüb


Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 44,91% təşkil edir, bu da illik müqayisədə 10,6 faiz bəndi azdır.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 49,1 mlrd. kubmetr təşkil edir, bu da illik müqayisədə 33% azdır.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrü üçün ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir. Beləliklə, qarşıdan gələn yeraltı anbar doldurma mövsümündə Avropanın xalis qaz vurulması ən azı 61 mlrd. kubmetr təşkil etməlidir. Bu, bir il əvvəlki qazın xalis vurulmasındam demək olar ki, 50% yüksəkdir və tarixdəki ən yüksək göstəricilərdən biridir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Oxşar xəbərlər

Avropa anbarlarında qazın həcmi 46 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropanın anbarlarında qazın həcmi 38 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 95 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 92 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 100 mlrd. kubmetrə yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər