İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydası dəyişir
İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydası dəyişir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətli kağızlar bazarı haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna səasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.
Layihəyə əsasən, həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla, bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilməyəcək.
Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınacaq və həmin səhmlər yerləşdirilmiş hesab ediləcək.
Oxşar xəbərlər
Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Miras əmlakın mühafizəsinin dayandırılması şərti dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












