Azad edilmiş ərazilər üzrə idxal üçün sənəd icazələr siyahısına daxil edilir
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilir.
Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə ƏDV-dən azad edilən materialların siyahısında dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sementin bəzi növləri gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində idxal olunan avadanlıq və xammal gömrük rüsumlarından azad edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












