2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
2024-cü ildə pərakəndə ticarət dövriyyəsi 62,2 milyard manat təşkil edib.
"Sizinxeber.az-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Pərakəndə ticarət dövriyyəsinin 34,1 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatı qeyri-ərzaq malları ilə bağlı olub. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.
2024-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2023-cü illə müqayisədə 2024-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.
Oxşar xəbərlər
10 ayda Azərbaycanda 48 mlrd. manatlıq məhsul satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə qədər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,5 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












