Azərbaycan meyvə-tərəvəz ixracından 535 mln. dollardan çox gəlir əldə edib
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 535 milyon 26.8 min ABŞ dolları dəyərində 515 min 707 ton meyvə-tərəvəz ixrac edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 1.72% və ya 9.4 milyon dollar, həcmi isə 4.1% və ya 22 min ton azalıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycan 544 milyon 433 min dollar dəyərində 537 min 761 ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 141,9 milyon dollar dəyərində tomat (118.9 min ton) , 96.4 milyon dollar dəyərində meşə fındığı (15.4 min ton), 52.9 milyon dollar dəyərində xurma (74.5 min ton), 42.6 milyon dollar dəyərində alma (66.9 min ton ), 20.5 milyon dollar dəyərində kartof (48.2 min ton), 16.4 milyon dollar dəyərində nar (18.6 min ton) olub.
Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.35%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.06%-ə bərabər olub.
Oxşar xəbərlər
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












