Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 195 milyon 802 min ABŞ dolları dəyərində 256 min 644 ton meyvə-tərəvəz idxal edib.

Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8% və 11,7% çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,34 %-ni təşkil edib.

Bu dövrdə Azərbaycan 458 milyon 798 min ABŞ dolları dəyərində 439 min 161 ton meyvə-tərəvəz ixrac edib. Bu isə, illik müqayisədə müvafiq olaraq 2,5% və 5,1% azdır.

Doqquz ayda meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,31%-ni təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle