Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 103,3 milyon ABŞ dolları dəyərində 19 min 153 ton kərə yağı idxal edilib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 71.5% və ya 43 milyon ABŞ dolları, həcm baxımından isə 77% və ya 8 336 ton artıb. Belə ki, 2023-cü ilin ilk 8 ayında Azərbaycana 60.3 milyon ABŞ dolları dəyərində 10 min 817 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-avqust aylarında ölkədə 19 min 359.6 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.4% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 1.1% çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 20.59 manat, yerli kərə yağının orta satış qiyməti isə 19.58 manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan yağ idxalını kəskin artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən düyü 16% bahalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən inəklər, toyuqlar və kərə yağı daha 2 il gömrük rüsumundan azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əhalinin çörək istehlakı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












