Azərbaycana idxal edilən düyü 16% bahalaşıb
sizinxeber.az xəbər saytı

Azərbaycana idxal edilən düyü 16% bahalaşıb


2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub.

Sizinxeber.az-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7092 ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollar çoxdur. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 16.3% artaraq 1039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.39%-nə bərabər olub.

Oxşar xəbərlər

Səkkiz ayda Azərbaycana 600 min tona yaxın buğda idxal edilib
Azərbaycana 7 ayda 500 min tona yaxın buğda idxal edilib
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib
Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər