Azərbaycandan bu il ixrac olunan alüminiumun həcmi açıqlanıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 118 863,17 min ABŞ dolları dəyərində 44 462,98 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Dövlət Gömrük Komitəsindən "Sizinxeber.az-Economics"ə bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,8% , həcmi isə 3,3% azalıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,34% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 195 181,68 min ABŞ dolları dəyərində 74 502,4 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 10,3% azalıb, həcmi isə 9,14% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,83% təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan bu il 230 mln. dollarlıq neft məhsulları ixrac edib
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər cüzi azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
