I yarımildə Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

I yarımildə Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb


2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 2132 ədəd minik avtomobili, 146 ədəd isə yük avtomobili istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 4.9% artıb, yük avtomobili istehsalı isə 47.1% azalıb.

Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 36 ədəd minik, 13 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 271 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.

Oxşar xəbərlər

Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb
I rübdə Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb
Ötən ay Azərbaycanda 243 avtomobil istehsal edilib
Azərbaycanda bu il 2500-dən çox minik avtomobili istehsal edilib
Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər