Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub
2024-cü il ərzində Azərbaycanda 16 milyard 75.6 milyon ədəd siqaret və siqar, 4264.9 ton isə tütün istehsal edilib.
“Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə siqaret və siqar istehsalı 0.4%, tütün istehsalı isə 84.4% artıb.
Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə siqaret və tütün üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 1 milyard 97 milyon ədəd və 768.2 ton təşkil edib.
Xatırladaq ki, ötən ilin 11 ayında Azərbaycana 1 milyon 354 min ABŞ dolları dəyərində 74 milyon ədəd siqaret idxal edilib. Bu dövrdə isə ölkədən 29 milyon 854 min ABŞ dolları dəyərində 1 milyard 910 milyon ədəd siqaret ixrac edilib. Azərbaycana siqaret əsasən Türkiyə (56, 5 milyon ədəd) və Bolqarıstandan (15.4 milyon ədəd) idxal edilib. Ölkədən siqaret əsasən Gürcüstana (1 milyard 572 milyon ədəd), Rusiyaya ( 96.4 milyon ədəd), Qırğızıstana ( 83.5 milyon ədəd), Omana ( 72.8 milyon ədəd), İraqa ( 43.7 milyon ədəd), Birləşmiş Ərəb Əmirliklərinə ( 10 milyon ədəd) və Qazaxıstana ( 7.9 milyon ədəd) ixrac edilib.
Oxşar xəbərlər
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana 9 ayda 1.2 mlrd. dollarlıq avtomobil idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana 8 ayda 900 mindən çox smartfon idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədən Azərbaycana yük gətirən maşınlarda 208 min aksiz markasız siqaret aşkar edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












