AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
sizinxeber.az xəbər saytı

AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb


2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) Banklararası Kart Mərkəzi üzərindən milli valyutada 30,6 milyard manat, xarici valyutada isə 69,3 milyon ABŞ dolları və 29,6 milyon avro dəyərində əməliyyat emal olunub.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, ötən il ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların məbləği əvvəlki ilə nisbətən 60,9 % artaraq 78,9 milyard manat təşkil edib. Əvvəlki illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4 %, məbləği isə 69,8 % artıb.

İl ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 8,6 faiz bəndi artaraq 64,2 % olub. İnternet bankçılıq əməliyyatlarının məbləği 20,7 %, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2 % artıb.

Oxşar xəbərlər

Azərbaycanda nağdsız ödənişlərin məbləği fevralda 30 % artıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği apreldə 50 % artıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50 % artıb
Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri cüzi azalıb
Azərbaycanda “Apple Pay” və “Google Pay”lə cəmi ödənişlər 2 dəfə artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər