Hesablama Palatası ACCA ilə əməkdaşlıq edə bilər
Hesablama Palatası ilə Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında əməkdaşlıq imkanları müzakirə olunub.
“Sizinxeber.az” bu barədə Palataya istinadən xəbər verir .
Məlumata görə, qurumda ACCA-nın Avropa, Avrasiya, Yaxın Şərq, Şimali və Cənubi Amerika üzrə direktoru Maqdalena Hernandezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Hesablama Palatasının auditoru, aparat rəhbəri və struktur bölmə rəhbərləri iştirak ediblər.
Tərəflər peşəkar inkişafın təşviqi, təlimlərin əhəmiyyəti və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Qonaqlara Palatanın beynəlxalq əlaqələri, təlim fəaliyyəti və ACCA proqramlarını uğurla başa vuran əməkdaşlar haqqında ətraflı məlumat təqdim olunub.
M.Hernandez təlimlərə göstərilən maraqdan məmnunluğunu ifadə edib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycandakı ACCA fəaliyyəti, tərəfdaş dövlət qurumları və təhsil müəssisələri barədə məlumat verib.
Oxşar xəbərlər
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
Qiymətləndiricilər Palatası Mediasiya Şurası ilə əməkdaşlıq edəcək
Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
Hesablama Palatası: Hüquqi aktlarda boşluqlar artıq ödənişlərlə nəticələnir
Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsinə rəy verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
