Qiymətləndiricilər Palatası Mediasiya Şurası ilə əməkdaşlıq edəcək
Qiymətləndiricilər Palatası və Mediasiya Şurasının rəhbərləri əməkdaşlığa daİr razılıq əldə ediblər.
“Sizinxeber.az” Palataya istinadən xəbər verir ki, bu gün Azərbaycan Qiymətləndiricilər Palatasının Ofisində Palata Rəhbərliyi ilə Mediasiya Şurasının rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə hər iki təşkilatı sədrlər Nüsrət İbrahimov və Nadir Adilov təmsil ediblər. Görüş zamanı hər iki qurum arasında birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri və formaları müzakirə olunub.
Mediasiya Şurasının sədri Nadir Adilov iki qurum arasındakı əməkdaşlığın əmlakla bağlı mediasiya prosesinə ciddi töhfə verə biləcəyini diqqətə çatdırıb. N.Adilov qeyd edib ki, bu qurumlar arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı ekosistemin inkişafına da müsbət təsir göstərə bilər.
N. İbrahimov qeyd olunan istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O qeyd edib ki, yeni yaranan təşkilat olaraq bu cür görüşlər Palatanın inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Tərəflər arasında birgə əməkdaşlığın işçi qruplar səviyyədə intensiv şəkildə davam etdirilməsi razılaşdırılıb. Görüşdə Qiymətləndiricilər Palatasının sədr müavinləri, Mediasiya Şurası Sədrinin müşaviri, Mediasiya təşkilatları, Qiymətləndirici Şirkət rəhbərləri iştirak ediblər.
Oxşar xəbərlər
Ombudsman Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib
Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar? - VİDEO
Vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstəriləcək
Mediatorlar üçün bərpaedici ədliyyə ilə bağlı təlimlərə başlanılıb
AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
