Unicapital İnvestisiya Şirkəti 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb
“Unicapital İnvestisiya Şirkəti” ASC 2024-cü ilin maliyyə göstəricilərinə əsasən, ötən illə müqayisədə illik gəlirini 38% (1 milyon 242 min manat) artıraraq 4 milyon 470 min manata çatdırıb.
Əməliyyat dövriyyəsi bütün strateji biznes istiqamətləri üzrə 34.3 milyard manat təşkil edib (ötən il ilə müqayisədə 76% artım). Müştəri bazası isə rekord göstərici olan 1 milyon 113 min hesab sayına çatıb.
2023-2025-ci illəri əhatə edən strateji plan və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq, aktiv inkişaf və institusional möhkəmlənmə istiqaməti seçilib. Bu çərçivədə əldə olunan gəlirin əsas hissəsi komplayns, risklərin idarə olunması, korporativ standartların tətbiqi, satış kanallarının genişləndirilməsi və yeni rəqəmsal məhsulların yaradılması kimi prioritet sahələrin inkişafına yönəldilib. Nəticə etibarilə bu istiqamətlər üzrə xərclərdə də artım qeydə alınıb.
2024-cü ilin yekunlarına əsasən, Unicapital-ın xalis mənfəəti ötən il ilə müqayisədə 55% artaraq 346 min manat təşkil edib.
Mövcud biznes istiqamətlərinin genişləndirilməsi, yeni və effektiv biznes sahələrinin yaradılması nəticəsində 2024-cü ildə haqq və komissiya gəlirləri 15% artaraq 2 milyon 712 min manata yüksəlib. Eyni zamanda, qiymətli kağızlarla aparılan əməliyyatlardan əldə olunan xalis mənfəət 104% artım nümayiş etdirərək 487 min manat təşkil edib.
Bütün bu göstəricilər fonunda şirkətin ümumi aktivləri artaraq 20 milyon 802 min manata çatıb.
Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100% “Unibank” Kommersiya Bankı ASC-yə məxsusdur.
Oxşar xəbərlər
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yelo Bank üçüncü rübü uğurlu göstəricilərlə başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli 14 mln. manatdan çox azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












