Dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
18:00

Dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib

23 may, 2025
18:00
723

Dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib

Mayın 23-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə Məlumatlarının İdarəetmə Sistemində (BMİS) dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun təqdimatı keçirilib.

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni modulun əsas məqsədi kredit sazişləri çərçivəsində kredit vəsaitlərindən istifadə üzrə layihə idarəetmə qrupları, icraçı qurumlar və əsas borcalanlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə təqdim olunan hesabatları elektronlaşdırmaq, prosesin səmərəliliyini artırmaq və məlumat dövriyyəsini avtomatlaşdırmaqdır. Həmçinin adıçəkilən modulun tətbiqi ilə hesabatların toplanması və emal proseslərinin operativliyi artırılacaq, vaxt itkisinin qarşısı alınacaq, məlumatların təhlükəsizliyi və etibarlılığı təmin ediləcəkdir.

13 dövlət qurumunun nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, BMİS-də dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun istifadəyə verilməsi Maliyyə Nazirliyi tərəfindən rəqəmsal idarəetmənin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində aparılan ardıcıl, məqsədyönlü və institusional islahatların tərkib hissəsidir.

Bizimlə əlaqə saxlayın