Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılıb


Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta əməliyyatlarının vahid informasiya sistemini yaradıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.

Onun sözlərinə görə, sistemin təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq həm banklar, həm ödəniş təşkilatları, həm də elektron pul təşkilatları ölkədən kənara valyuta köçürülməsi ilə bağlı məlumatları dərhal sistemə əlavə etməlidirlər.

"Artıq banklar sistemə inteqrasiya edilib. Bu ilin sonuna qədər ödəniş və elektron pul təşkilatları da sistemə inteqrasiya ediləcəklər. İnterqasiya işləri tamamlandıqdan sonra dərhal lazımi məlumatlar real vaxt rejimində sistemə daxil edəcək və bununla da vahid baza formalaşacaq. Nəticədə AMB valyuta ilə bağlı əməliyyatlara daha effektiv, daha səmərəli şəkildə nəzarət edə biləcək", - deyə AMB rəsmisi qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı "AFB Bank"a icrası məcburi sərəncam verib
Azərbaycan Mərkəzi Bankı lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
Xəyaləddin Tağıyev: Ödəniş və elektron pul təşkilatları yaxın gələcəkdə AMB-də müxbir hesab aça biləcək
AMB "Payriff"ə icrası məcburi göstəriş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər