Xəyaləddin Tağıyev: Ödəniş və elektron pul təşkilatları yaxın gələcəkdə AMB-də müxbir hesab aça biləcək
Mərkəzi Bankda (AMB) ödəniş və elektron pul təşkilatları üçün müxbir hesabın açılmasına şərait yaradılacaq.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının ödəniş xidmətləri və ödənişsiz sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev deyib.
“Ödəniş təşkilatları hesablaşmanı sona çatdıra bilmədikləri üçün banklardan aslı vəziyyətdə olurlar. Bizim məqsədimiz odur ki, ödəniş təşkilatları hesablaşmaları özləri sona çatdıra bilsinlər. Bu isə o deməkdir ki, onlar AMB-də sistem əhəmiyyətli ödəniş sistemlərində müxbir hesab açmalıdırlar. Ancaq hazırki vəziyyətin bunun üçün tez olduğunu düşünürük. Yaxın gələcəkdə ödəniş və elektron pul təşkilatları üçün AMB-də müxbir hesabın açılmasına şərait yaradılacaq" - şöbə rəhbəri əlavə edib.
Oxşar xəbərlər
AMB: Elə elektron pul təşkilatları var ki, mənfəətlililiyi bəzi banklardan yüksəkdir
AMB qanunsuz işləyən ödəniş və elektron pul təşkilatlarına xəbərdarlıq edib
Zakir Nuriyev: Milli ödəniş sistemləri ilə əməliyyatların həcmi 606 mlrd. manata çatıb
Elektron köçürmələrdə müştəri uyğunluğu tədbirlərinin əhatə dairəsi genişləndirilir
Mərkəzi Bank “Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













