IMF Azərbaycanın xarici dövlət borcunun 2030-cu ilin sonuna ÜDM-in 6,6 %-nə qədər azalacağını gözləyir
sizinxeber.az xəbər saytı

IMF Azərbaycanın xarici dövlət borcunun 2030-cu ilin sonuna ÜDM-in 6,6 %-nə qədər azalacağını gözləyir


Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi xarici borcu ümumi daxili məhsulun (ÜDM) 7,9 %-ni təşkil edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatında deyilir. Bu göstəricinin növbəti ilin sonuna 7,8 %-ə, 2030-cu ildə isə ÜDM-in 6,6 %-nə qədər azalacağı gözlənilir.

Proqnoza əsasən, cari ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu daha əvvəl proqnozlaşdırılan ÜDM-in 28 %-nə qarşı 27,6 % təşkil edəcək. 2026-cı ildə dövlət borcunun ÜDM-dəki payı 28,6 %-ə (əvvəlki proqnoz - 28,9 %), 2027-ci ildə 28,9 %-ə (əvvəlki proqnoz – 29 %), 2028-ci ildə 29,1 %-ə (dəyişməyib), 2029-cu ildə 29,6 %-ə (əvvəlki proqnoz - 29,3 %), 2030-cu ildə isə 29,4 %-ə (daha əvvəl proqnozlaşdırılmayıb) çatacaq.

Dövlət zəmanətləri nəzərə alınmadan yalnız dövlət borcuna nəzər salsaq, onun ÜDM-dəki payı proqnoz dövründə də sabit qalaraq 2025-ci ildə ÜDM-in 21 %-nə (əvvəlki proqnoz - 21,4 %), 2026-cı ildə ÜDM-in 22,2 %-nə (əvvəlki proqnoz - 22,4 %), 2027-ci ildə ÜDM-in 22,7 %-nə (dəyişməyib), 2028-ci ildə ÜDM-in 23,1 %-nə (dəyişməyib), 2029-cu ildə ÜDM-in 23,8 %-nə (əvvəlki proqnoz - 23,5 %), 2030-cu ildə isə dəyişməyərək ÜDM-in 23,8 %-nə (əvvəllər proqnozlaşdırılmayıb) bərabər olacaq.

IMF-in məlumatına görə, 2024-cü ildə ümumi dövlət və dövlət zəmanətli borc ÜDM-in 27,6 %-ni təşkil edib.

Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 29,004 milyard manata (ÜDM-in 22,2 %-i), 2026-cı ildə isə 32,7 milyard manata (proqnozlaşdırılan ÜDM-in 20,1 %-i) çatacaq.

Rəsmi statistikaya əsasən, 2025-ci il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26,628 milyard manat təşkil edib. Bunun 8,627 milyard manatı (5,075 milyard ABŞ dolları) və yaxud ÜDM-in 6,6 %-lik hissəsi xarici borcun, 18,001 milyard manatı və yaxud ÜDM-in 13,8 %-lik hissəsi isə daxili borcun payına düşür.

Xarici borcun ödəniş müddətlərinə görə strukturuna nəzər saldıqda, 49,9 %-nin növbəti 5 il ərzində, 44,2 %-nin 5 ildən 10 ilə qədər, 5,9 %-nin isə 10 ildən artıq müddətdə ödənilməsi planlaşdırılır.

Kreditorlar üzrə bölgüyə əsasən, xarici borcun 63,3 %-i çoxtərəfli maliyyə institutlarının, 27 %-i beynəlxalq bazarlarda yerləşdirilmiş avroistiqrazların, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarının payına düşür. Azərbaycanın ən böyük xarici kreditorları Asiya İnkişaf Bankı (35,1 %), avroistiqraz sahibləri (27 %) və Dünya Bankıdır (15,8 %).

Oxşar xəbərlər

IMF Azərbaycanın dövlət borcuna dair proqnozunu 2031-ci ilə qədər yeniləyib
IMF: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə 6 milyard dolları ötəcək
IMF: Azərbaycanın nominal ÜDM-i ilk dəfə 2030-ci ildə 100 milyard ABŞ dollarını ötəcək
IMF Azərbaycanın 2031-ci ilə qədər mal və xidmətlərin ixracı və idxalı üzrə proqnozlarını açıqlayıb
IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə proqnozları yenidən nəzərdən keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər