IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə proqnozları yenidən nəzərdən keçirib
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 7,8 %-i səviyyəsində proqnozlaşdırır.
“Report” IMF-nin hesabatına istinadən xəbər verir ki, 2026-cı ildə bu göstərici ÜDM-in 4,1 %-nə qədər (daha əvvəl 4,9 % səviyyəsində proqnozlaşdırılmışdı), 2027-ci ildə isə 0,5 %-nə qədər (1,3 %) azalacaq.
2028-ci ilin yekunları üzrə cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 2,4 %-i (1,7 %) səviyyəsində proqnozlaşdırılır. 2029-cu ildə bu göstərici 3,3 %-ə (2,5 %) qədər artacaq və 2030-cu ildə ÜDM-in 4,2 %-nə çatacaq (daha əvvəl proqnozlaşdırılmamışdı).
2024-cü ildə ölkənin cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3 %-nə bərabərdir.
Dünya Bankı 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitini ÜDM-in 11,6 % səviyyəsində proqnozlaşdırır. Növbəti illərdə bank bu göstəricinin azalacağını gözləyir. 2026-cı ildə ÜDM-in 5,4 %-nə, 2027-ci ildə ÜDM-in 3,8 %-nə, 2028-ci ildə ÜDM-in 3,6 %-nə, 2029-cu ildə isə ÜDM-in 3,4 %-nə qədər azalma olacaq.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,6 %-i səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft və qaz hasilatının gözlənilən həcmləri nəzərə alınmaqla, profisit hər il orta hesabla ÜDM-in təxminən 3 %-nə bərabər olacaq.
Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini 4 milyard ABŞ dolları (yanvar proqnozu 5,5 milyard ABŞ dolları təşkil edib), 2026-cı ildə isə 3,5 milyard ABŞ dolları səviyyəsində gözləyir.
Oxşar xəbərlər
IMF 2028-ci ilədək Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin qorunacağını proqnozlaşdırır
IMF Azərbaycanın 2026-cı il üçün cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yeniləyib
IMF 2030-cu ilə qədər Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozlara yenidən baxıb
Dünya Bankı: Bu il Azərbaycanda CƏB üzrə profisit ÜDM-in 11 %-ni keçəcək
“S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












