IMF Azərbaycanın 2031-ci ilə qədər mal və xidmətlərin ixracı və idxalı üzrə proqnozlarını açıqlayıb
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın mal və xidmət ixracı 2025-ci ildə 32,7 milyard ABŞ dolları təşkil edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatında deyilir.
Fondun proqnozlarına görə, Azərbaycanın mal və xidmət ixracı növbəti ildə 29,8 milyard ABŞ dolları təşkil edəcək, 2030-cu ilin sonuna isə 25,3 milyard ABŞ dollarına qədər azalacaq.
Bundan əlavə, IMF-in gözləntilərinə görə, Azərbaycanın mal və xidmət idxalı 2025-ci ildə 24,3 milyard ABŞ dolları, 2026-cı ildə 24,4 milyard ABŞ dolları, 2030-cu ildə isə 28,5 milyard ABŞ dollarına qədər artacaq.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib ki, bu da 2023-cü illə müqayisədə 7 % azdır. Ümumi xarici ticarət dövriyyəsindən 26 milyard 554,1 milyon ABŞ dolları ixraca, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir il ərzində ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.
Oxşar xəbərlər
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək
IMF: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə 6 milyard dolları ötəcək
IMF: Azərbaycanın nominal ÜDM-i ilk dəfə 2030-ci ildə 100 milyard ABŞ dollarını ötəcək
IMF 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları açıqlayıb
IMF-in Azərbaycanın nominal ÜDM-i üzrə proqnozları hökumətin gözləntilərini üstələyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












