AMB: Bu il yaşıl dövlət istiqrazlarının tətbiqi üzrə təkliflər hazırlanacaq
sizinxeber.az xəbər saytı

AMB: Bu il yaşıl dövlət istiqrazlarının tətbiqi üzrə təkliflər hazırlanacaq


2025-ci ildə əsas prioritetlərdən biri ölkəmizdə dayanıqlı maliyyə axınlarını təşviq edəcək ekosistemin inkişafı olacaq.

"Sizinxeber.az-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Qeyd edilib ki, bu çərçivədə yaşıl sığorta məhsullarının tətbiq imkanları araşdırılacaq və bu istiqamətdə perspektivlər müəyyənləşdiriləcək. Yaşıl sığorta məhsulları, iqlim risklərinə qarşı maliyyə təhlükəsizliyini təmin etməklə, həm ölkənin, həm də müəssisələrin dayanıqlılığını artırmağa xidmət edəcək:

"Bununla yanaşı, yaşıl suveren istiqrazların tədbiqi üzrə təkliflər hazırlanacaq. Belə istiqrazlar dövlətin yaşıl layihələr üzrə maliyyələşdirməsini artırır və beynəlxalq investorların diqqətini cəlb edir. Eyni zamanda, dövlət dəstək alətlərinin yaşıllaşdırılması üzrə təkliflər hazırlanacaq. Dövlətin iqlim maliyyələşməsində oynadığı mühüm rol nəzərə alınaraq dövlət dəstək mexanizmlərinin portfelinin tədricən yaşıllaşdırılması maliyyə dəstəyinin ekoloji baxımdan dayanıqlı və yaşıl layihələrə yönləndirilməsini təmin edəcək".

Oxşar xəbərlər

AMB: "Yaşıl" sığorta məhsullarının tətbiqi imkanları əsas prioritetlərdən olacaq
AMB sədri: Bu il yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək
Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb
Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin cəlbi ilə bağlı əsas maneələr açıqlanıb
Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər