AMB “PAŞA Bank”a tələbləri pozması ilə bağlı məcburi sərəncam verib
“PAŞA Bank” ASC Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditlərinin məcmu həcmi ilə bağlı tələblərini pozub.
"Sizinxeber.az-Economics" bu barədə AMB-ə istinadən xəbər verir. Məlumata görə, bank tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulduğu məlum olub.
“Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Qeyd olunub ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.
Oxşar xəbərlər
AMB “PAŞA Bank”a icrası məcburi sərəncam verib
Mərkəzi Bank "Azər-Türk Bank"a icrası məcburi göstəriş verib
Mərkəzi Bank “Paşa Bank”ın vəzifəli şəxsini cərimə edib
Azərbaycan Mərkəzi Bankı "Paşa Bank"ın vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı dövlət bankına icrası məcburi göstəriş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












