Ötən il Mərkəzi Bankın emissiya etdiyi notların həcmi 7 dəfəyə yaxın azalıb
Ötən il Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notların həcmi 6.5 dəfə azalıb.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.5 dəfə azalıb. 2024-cü ilin dekabr ayında isə büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olmuşdur. Bu orta günlük 1D AZIR indeksinin yanvarın ötən dövründə dekabrla müqayisədə 1.29 faiz bəndi düşərək 6.39% təşkil etməsini şərtləndirmişdir. Təminatsız bazarda aktivlik davam edir. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi 2024-cü ilin dekabr ayında 627.3 mln. manat, cari ilin yanvar ayının ötən dövründə isə 290 mln. manat olub.
Oxşar xəbərlər
AMB: Not emissiyası 46 %-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB: Not emissiyası 3 dəfədən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank: Azərbaycanda kredit portfeli üzrə təmərküzləşmə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB: III rübdə əks-repo əməliyyatlarının orta günlük həcmi kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












