Yelo Bank birinci rübü müsbət göstəricilərlə başa vurub
Yelo Bank 2025-ci ilin birinci rübündə sabit maliyyə nəticələri və davamlı artım dinamikasını qoruyub saxlayıb. Dövrün sonunda Bank 11.2 mln manat xalis mənfəət əldə edib.
Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 158 mln manat artaraq 960 mln manatı ötüb. Bankın biznes strategiyasının əsas sütunlarından biri olan real sektorun maliyyələşdirilməsi bu rübdə də ön planda olub. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılan kreditlər üzrə portfel 605 mln manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18% artım deməkdir.
Hesabat dövrünə istehlak kredit portfeli 355 mln təşkil edib. Bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 22% artım deməkdir. Rəqəmsal kanallar vasitəsilə həyata keçirilən müraciətlərin və satışların payı önəmli dərəcədə artıb: istehlak portfeli üzrə artımın 47%-i, satışların isə 76.2%-i rəqəmsal kanalların payına düşür.
Əmanət portfeli isə 913 mln manatı keçib. Artımın əsas hissəsi fiziki şəxslərin əmanətləri hesabına baş verib. Bu göstərici Banka olan uzunmüddətli etibar və maliyyə partnyorluğunun təzahürüdür.
Faiz gəlirləri də artaraq 40.8 mln manata çatıb.
Kapital mövqeyi də güclənməkdədir: hesabat dövrünə Bank-ın məcmu kapitalı 159 mln manat təşkil edir və bu da requlyativ tələbdən 109 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 14%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 10.77% olmaqla, hər iki göstərici tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi 1 mlrd 260.8 mln təşkil edir.
Yelo Bank dayanıqlı inkişaf strategiyası və müştəriyönümlü yanaşması ilə bazardakı mövqeyini daha da möhkəmləndirir.
Yelo Bank-dan pul krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Yelo Bank üçüncü rübü uğurlu göstəricilərlə başa vurub
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli 14 mln. manatdan çox azalıb - Hesabat
Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurub
"Bank Avrasiya"nın xalis mənfəəti və kredit portfeli azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












