IMF-in Azərbaycanın nominal ÜDM-i üzrə proqnozları hökumətin gözləntilərini üstələyir
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 3,5 % real artımla 134,078 milyard manat (78,87 milyard ABŞ dolları) təşkil edəcək.
“Sizinxeber.az” IMF-ə istinadən xəbər verir ki, 2026-cı ildə ölkədə ÜDM-in nominal həcmi 2,5 % real artımla 139,182 milyard manat (81,872 milyard ABŞ dolları), 2027-ci ildə 2,4 % real artımla 145,847 milyard manat (85,792 milyard ABŞ dolları), 2028-ci ildə 2,4 % real artımla 153,556 milyard manat (90,327 milyard ABŞ dolları), 2029-cu ildə isə 2,5 % real artımla 162,135 milyard manat (95,373 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.
Proqnozlara görə, 2025-ci ildə qeyri-neft sektorunda ÜDM-in nominal həcmi 94,674 milyard manat (illik artım 10,46 %), 2026-cı ildə 102,595 milyard manat (+8,37 %), 2027-ci ildə 110,434 milyard manat (+7,64 %), 2028-ci ildə 118,825 milyard manat (+7,6 %), 2029-cu ildə isə 127,903 milyard ABŞ dolları (+7,64 %) təşkil edəcək.
Azərbaycan hökuməti cari ildə ÜDM-i 129,2 milyard manat (+3,5 %) səviyyəsində proqnozlaşdırır. 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artaraq 126,3 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda ÜDM isə 6,2 % artıb. Lakin 2025-ci ilin yanvar-fevral aylarında iqtisadi artım tempi qeyri-neft-qaz sektorunda ÜDM-in 1,7 % artımı fonunda 0,2 %-ə qədər yavaşlayıb.
Oxşar xəbərlər
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“S&P” Azərbaycanın 2024-cü il üçün ÜDM-də artım proqnozunu yaxşılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyi yaxın 4 ildə əhalinin gəlirləri və xərcləri ilə bağlı proqnozlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












