ADB 2026-cı ilə qədər Azərbaycanın dövlət büdcəsinin kəsirinin azalmasını gözləyir
Azərbaycanın dövlət büdcəsinin kəsiri 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 2 %-nə qədər enəcək.
Bu barədə “Sizinxeber.az” Asiya İnkişaf Bankının (ADB) hesabatına istinadən xəbər verir.
Cari ildə isə büdcə kəsirinin ölkənin ÜDM-nin 2,4 %-ni təşkil edəcəyi gözlənilir.
"Büdcə gəlirləri ÜDM-in 30 % səviyyəsində proqnozlaşdırılır. Onların strukturunda vergi daxilolmaları 12 %, qeyri-vergi gəlirləri 7 %, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər isə 11 % təşkil edəcək", - hesabatda qeyd olunub.
Proqnoza görə, büdcə xərcləri ÜDM-in 32 %-nə çatacaq.
"Bunlardan 19 % cari xərclərə, 11 % isə kapital qoyuluşlarına yönəldiləcək. Sosial müdafiə və dəstək xərclərinin 8 % artacağı və ümumi büdcə xərclərinin təxminən 12 %-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiyalarının həcminin proqnoza görə ÜDM-in 2 %-nə qədər enəcəyi gözlənilir", - ADB-nin hesabatında bildirib.
2024-cü ilin yekunlarına görə, dövlət büdcəsinin kəsiri ÜDM-in 0,0004 %-ni təşkil edib, bu ilin yanvar-fevral aylarında isə dövlət büdcəsinin profisiti ÜDM-in 7,2 %-nə çatıb.
Oxşar xəbərlər
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir
ADB Azərbaycanın 2025-ci il büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb
Dünya Bankı: Bu il Azərbaycanda CƏB üzrə profisit ÜDM-in 11 %-ni keçəcək
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
ARDNF ötən il büdcə öhdəliyini tam icra edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
