ADB Azərbaycanın 2025-ci il büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb
sizinxeber.az xəbər saytı

ADB Azərbaycanın 2025-ci il büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb


Asiya İnkişaf Bankı (ADB) Azərbaycan dövlət büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, ADB dövlət büdcəsinin kəsirinin 2025-ci ildə ÜDM-in 2.4%-nə, 2026-cı ildə isə 2.0%-nə qədər artacağı proqnozlaşdırılıb.

Qeyd edilib ki, 2025-ci ildə büdcə gəlirləri ÜDM-in 30%-i səviyyəsində gözlənilir. Bunun 12%-ni vergi, 7%-ni qeyri-vergi gəlirləri, 11%-ni isə Dövlət Neft Fondundan (ARDNF/SOFAZ) transfertlər təşkil edəcək. Büdcə xərclərinin isə ÜDM-in 32%-i səviyyəsində olacağı proqnozlaşdırılır. Bunun 19%-i cari xərclərə, 11%-i isə əsas kapital qoyuluşlarına (investisiya xərclərinə) ayrılacaq.

"Sosial müdafiə xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiya xərclərinin isə ÜDM-in 2%-nə qədər azalacağı proqnozlaşdırılır" - ADB əlavə edib.

Oxşar xəbərlər

Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır
“Fitch": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
DSMF-nin 2025-ci il büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib
DSMF-nin 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində olacaq
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər