KİV: Davos forumunun rəhbəri vəzifəsini tərk edir
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (DİF) qurucusu Klaus Şvab qəyyumlar şurasının sədri vəzifəsindən “getmə prosesini başladacaq”
“Sizinxeber.az” xəbər verir ki, bu barədə qəzeti məktuba və mənbələrə istinadən məlumat yayıb.
2024-cü ilin may ayında Şvabın DİF-in qəyyumlar şurasının sədri vəzifəsindən gedəcəyi və qeyri-icraçı sədr olacağı bildirilmişdi. İyun ayında “The Wall Street Journal” qəzeti DİF əməkdaşlarının Şvabı və rəhbərliyi qadınlara və qaradərililərə qarşı ayrı-seçkilik və qısnamada ittiham etdiyinə dair məlumat yaymışdı.
“Financial Times”ın əldə etdiyi qəyyumlar şurası üzvlərinə ünvanlanmış məktubda 87 yaşlı Şvab deyib ki, forum sarsıntı dövründən sonra öz “missiya hissini” bərpa etməlidir. O bu çaxnaşmaların Donald Trampın ABŞ-də ikinci prezidentlik müddəti ilə, yoxsa DİF-in fəaliyyətinin təhqiq ilə bağlı olduğunu dəqiqləşdirməyib.
Şvab yarım əsrdən çox icraçı sədri olduğu təşkilatdan gedəcəyi vaxtı açıqlamayıb. Lakin “Financial Times”a daxil olan DİF-in bəyanatında prosesin 2027-ci ilin yanvarınadək başa çatmalı olduğu qeyd olunub.
İqtisadçı bildirib ki, münasib vaxtda qəyyumlar şurasına öz varisi ilə bağlı təklif verəcək.
Qəyyumlar şurasına Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard, IMF-in icraçı direktoru Kristalina Georgieva, “Reliance Industries”in sədri və idarəedici direktoru Mukeş Ambani, “BlackRock”un sədri və baş icraçı direktoru Larri Fink və “Salesforce”un direktorlar şurasının rəhbəri və baş direktoru Mark Benioff daxildir.
Oxşar xəbərlər
Bu gün Davos İqtisadi Forumu işə başlayır
Urxan Ələkbərov: Azərbaycanda hələ 2004-cü ildə bərpa olunan enerjinin istifadəsinə dair milli proqram qəbul edilib
Davos Forumu: Azərbaycan üçün əhəmiyyətli platforma, ölkə nüfuzunun təsdiqi - ŞƏRH
Paşinyan Davos forumunda iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
