Azərbaycana xaricdən pul köçürmələri 34%-dən çox azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycana xaricdən pul köçürmələri 34%-dən çox azalıb


2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 208.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 73.4 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 34.5% və ya 109.7 milyon manat, banklardan xaricə köçürmələr isə 16% və ya 14 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 317.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 87.4 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycana xaricdən pul köçürmələri 1 mlrd. manatı ötüb
Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb
Bu ilin I yarısında Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
Ötən il Azərbaycana xaricdən pul köçürmələri azalıb
Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər